Mərkəzi Qan Bankı
B.Ə Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu 1944-cü ildən fəaliyyətdədir. Hal-hazırda Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Respublikada qan xidməti üzrə baş müəssisə rolunu oynayan mürəkkəb tibbi istehsalat kompleksindən ibarətdir. İnstitut respublika əhalisinə yüksək səviyyəli ixtisaslaşdırılmış hematoloji yardımın göstərilməsi,qan və onun komponentlərinin hazırlanması və onların tibb müəssisələri arasında tələbata uyğun bölüşdürülməsi, transfuzion mühitlərin düzgün istifadə olunmasına nəzarət edir, eyni zamanda hematologiya və transfuzilogiya elminin inkişaf etdirilməsi və kadr hazırlanması işinə rəhbərlik edir.
Hazırda ETHTİ-nin strukturu “Elm”, “Klinika” hissələrindən və “Mərkəzi Qan Bankı”ndan ibarətdir. İnstitutun “Elm” hissəsində hematologiya və transfuziologiya sahəsinin aktual problemlərinə həsr olunmuş elmi tədqiqatlar aparılır. Elmi araşdırmaların nəticələri Azərbaycanda və xarici ölkələrdə nəşr edilən nüfuzlu jurnallarda nəşr edilir və institutun əməkdaşları müxtəlif ölkələrdə keçirilən möhəşəm elmi forumlarda iştirak edirlər. İnstitutda monoqrafiyalar,metodik vəsaitlər,klinik protokollar hazırlanır və dərc edilir. İnstitutun Mərkəzi Qan Bankı donor qanının tədarükü,işlənilməsi,yoxlanılması və paylanması məşqul olur.
Mərkəzi Qan Bankının respublikada 8 bölgə bölməsi var (Şəki , Quba , Lənkəran , Şirvan, Mingəçevir, Sumqayıt, Bərdə, Gəncə). Hematoloji xəstələrə tibbi yardım aşağıdakı Dövlət proqramı çərçivəsində həyata keçirilir:
“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci iilər üçün Dövlət Proqramı”
“2016 -2020–ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”
“2017-2021 –ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramının”.